Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Strasburqda Avropa Şurasının mənzil-qərargahı binası qarşısında Azərbaycanın üçrəngli bayrağı yarıya endirildi, çünki Azərbaycan xalqı 25 dekabrda baş vermiş və çoxsaylı insan ölümünə səbəb olmuş faciəli təyyarə qəzasının qurbanlarına görə yas saxlayır", - o bildirib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Oxşar xəbərlər
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir
Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq
Küveyt əmiri Azərbaycana başsağlığı verib
Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













