Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə matəm elan olunması ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Bu gün Azərbaycanda matəm gününə səmimi hörmət əlaməti olaraq və təyyarə qəzasında həlak olanların xatirəsinə Böyük Britaniyanın Bakıdakı səfirliyindəki bayraq yarıya qədər endirilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Oxşar xəbərlər
Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












