Prezident: Azərbaycan-Gürcüstan əlaqələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə təbrik məktubu göndərib.
“Sizinxeber.az”un məlumatına görə, təbrik məktubunda Azərbaycanla Gürcüstan arasında tərəfdaşlıq məsələləri qeyd olunub.
“İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.
Dövlət başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını vurğulayıb:
“Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir”.
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanın yeni seçilən Prezidentini təbrik edib
Dövlət başçısı İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib
İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
