İlham Əliyev Gürcüstanın yeni seçilən Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilən Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndərib.
"Sizinxeber.az"un məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Kavelaşvili.
Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir.
İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Dövlət başçısı İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Vyetnam Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












