Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.
"Sizinxeber.az" xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda bildirib: “Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.
Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidzeyə ən xoş arzularını çatdırıb, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Qaribaşvili: “Xalqlarımız arasında dostluğun möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Siyarto: Gürcüstanın hakim partiyası kənar müdaxilələrə baxmayaraq seçkilərdə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












