Dövlət başçısı İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Kavelaşvili.
Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir.
İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanın yeni seçilən Prezidentini təbrik edib
Azərbaycan lideri Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib
Azərbaycan lideri Vyetnamın yeni seçilmiş Prezidentini təbrik edib
Dövlət başçısı İlham Əliyev Rumıniya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Sadır Japarova təbrik məktubu ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













