Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub
21 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Sizinxeber.az xəbər verir ki, Ceyhun Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəəliyyətində davamlı uğurlar arzulayıb.
Telefon danışığı zamanı nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub
Ceyhun Bayramov Misir XİN rəhbəri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
