Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb


28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Belarus xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.

Sizinxeber.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilərək, yüksək səviyyəli görüşlərin və siyasi dialoqun davam etdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından önəmli olduğu vurğulanıb.

Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında iki ölkənin liderləri arasında dialoqun mühüm rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə Belarus Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə etdiyi tarixi səfər məmnunluqla xatırlanıb.

Bu kimi təmasların mövcud dostluq və əməkdaşlıq münasibətlərinin perspektivlərinin müzakirəsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

İqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri, o cümlədən ticarət və investisiyalar üzrə əməkdaşlıq üçün perspektivlərin mövcudluğu, habelə bu imknalardan istifadənin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər