Rəsmi Bakı BMT-nin İnsan Hüquqları Komitəsinin Fransa ilə bağlı hesabatını alqışlayıb
Azərbaycan tərəfi BMT-nin İnsan Hüquqları Komitəsinin bir sıra ölkələrdə insanların əsas hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabatında Fransa və onun müstəmləkə ərazilərində insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı narahatlıq doğuran məqamların qeyd olunmasını alqışlayır.
Sizinxeber.az-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda həmçinin, Azərbaycan tərəfi rəsmi Parisi komitənin İnsanın Vətəndaş və Siyasi Hüquqları barədə Paktın tələblərinə uyğun tövsiyələrini yerinə yetirməyə çağırıb.
Qeyd edək ki, hesabat sənədində Fransa hakimiyyətinin İtaliya ilə sərhəddə toplaşan əcnəbi vətəndaşların müvafiq sığınacaq yerləri ayrılmadan ölkəyə qaytarılması, bir çox hallarda isə miqrantlara qarşı güc tətbiqi ilə bağlı da ciddi narahatlıq bildirilib.
Vurğulanıb ki, bu kimi addımlar həmin insanların onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır.
Eyni zamanda Fransa hökuməti qeyri-leqal miqrantlara sığınacaq verilməsinə və onlara sərt rəftara son qoyulmasına, bütün bunlarla yanaşı onların dinc etiraz aksiyaları keçirmək hüquqlarının tanınmasına, habelə qeyri-leqal miqrantlara qarşı sərt davranışlara yol verənlər barədə qətiyyətli tədbirlərin görülməsinə çağırılıb.
Oxşar xəbərlər
Azərbaycan XİN Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb
Azərbaycan XİN: Pavel Durov və Kemi Sebanın Fransada həbsi fundamental insan haqlarının pozuntusudur
Maore Komitəsinin üzvü: Fransa adadakı su problemi ilə bağlı addım atmır
Qvadelup adasının nümayəndəsi: Fransa hakimiyyəti özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər
Qvadelupa adasının nümayəndəsi: Fransa hakimiyyəti özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
