Qvadelup adasının nümayəndəsi: Fransa hakimiyyəti özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər
Fransanın müstəmləkə siyasətinə qarşı çıxan qvadelupelilər, martinikalılar və kanaklar cinayətkar kimi təqdim edilir.
APA xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”-ın təqdimatına həsr olunmuş mətbuat konfransında Qvadelup adasının UPLG təşkilatının Baş katibinin müavini M.Florent deyib.
“Bu, Fransa hakimiyyətinin müstəmləkə xalqlarına qarşı irqçi münasibətinin göstəricisidir. Onlar özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər. Fransa hökuməti və siyasəti birmənalı şəkildə qınanmalıdır. Biz beynəlxalq İctimaiyyəti Fransadan başqalarına tətbiq etmək istədiyi insan hüquqları dərslərinə özlərinin də riayət etməsinə tələb etməyə çağırırıq. Yaşamaq, sağlamlıq, iş, təhsil və sağlam qidalanma hüquqlarımız danışıqlar mövzusu deyil. Müstəmləkə hakimiyyəti bizim hüquqlarımıza nəzarət etmək səlahiyyətinə malik deyil”, - deyə o əlavə edib.
M.Florent deyib ki, mübarizələri milli müstəqillik və tam suverenlik əldə etmək uğrundadır:
“Bu mübarizə yalnız Fransanın müstəmləkə hakimiyyətinin sona çatması ilə nəticələnə bilər. Əgər beynəlxalq ictimaiyyət bu gün Qvadelupeni dekolonizasiya olunacaq ölkələr siyahısına daxil edərsə və bizi müstəmləkə əsarətindən qurtulmaq yolunda dəstəkləyərsə, bu mübarizəmiz üçün böyük irəliləyiş olacaq”.
Oxşar xəbərlər
Maore Komitəsinin üzvü: Fransa adadakı su problemi ilə bağlı addım atmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış aktivist: Fransa yeni müstəmləkəçilik siyasəti yeridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mavritaniyalı fəal: Əsas tələbimiz müstəmləkə ərazilərində yaşayan xalqların azadlığı və onlara qarşı diskriminasiyaya son qoyulmasıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəmər Adaları İttifaqının nümayəndəsi: Müstəmləkəçilik Fransanın özünün qanunvericiliyinə də ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












