Ramin Cəfərov: Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır
Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq miqyasda dialoq, təcrübə mübadiləsi və aktual məsələlərin müzakirəsi üçün uğurlu alternativ platformadır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskvada MDB dövlətlərinin "Dəyişən dünyada medianın inkişafı" adlı III media forumunda "Baku TV"nin direktoru Ramin Cəfərov deyib.
“Şuşa Media Forumu minə yaxın jurnalisti bir araya gətirdi, tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev xarici KİV nümayəndələri ilə görüşdü. Gələcək məhz bu cür forumlarındır, burada həmkarlarla ünsiyyət qura və təcrübə mübadiləsi edə bilərik”, - R.Cəfərov bildirib.
O, həmçinin süni intellekt mövzusuna toxunub və bunun bir çox sahələrdə fəal şəkildə tətbiq edildiyini vurğulayıb.
R.Cəfərovun sözlərinə görə, müxtəlif platformalarda sözügedən mövzuda çoxlu müzakirələr aparılıb, lakin hələ də dünyada onun bəzi sahələrdə faydalılığı ilə bağlı yekdil rəy yoxdur:
“Əslində, 1990-cı illərdə kompüterlər həyatımıza tam daxil olanda biz yeni cihazı idarə etmək üçün müvafiq mütəxəssisləri cəlb etmişdik, hesab edirəm ki, indi də savadlı, süni intellektlə işləyə bilən gəncləri cəlb etməliyik".
Oxşar xəbərlər
II Şuşa Qlobal Media Forumu başa çatıb
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV
Şuşa Media Forumu beynəlxalq mediada rezonans yaratmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
