Şuşa Media Forumu beynəlxalq mediada rezonans yaratmaqda davam edir
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumun baş tutmasından bir aya yaxın vaxt keçsə də, beynəlxalq mediada rezonans doğurmaqda davam edir.
“Report” xəbər verir ki, xarici media orqanları forumda səslənən fikirlərə geniş yer ayırır.
Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar hələ də dünya mediasının diqqət mərkəzindədir.
Bu gün “The Jerusalem Post” qəzetində nəşr edilən məqalədə Prezident İlham Əliyevin Azərbaycanda müxtəlif dini etiqadların və etnik qrupların sülh içində birgə yaşamı ilə bağlı fikirlərinə yer ayırıb. Qeyd olunub ki, Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir.
Bundan başqa “Euronews” telekanalı da 2-ci Şuşa Qlobal Media Forumu ilə bağlı süjet yayımlayıb. Süjetdə İlham Əliyevin ABŞ-da keçiriləcək prezident seçkilərinə dair fikirləri, Cənubi Qafqaz regionunun inkişafı, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri oxuculara çatdırılıb.
Oxşar xəbərlər
II Şuşa Qlobal Media Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












