Nazir: "Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib"
sizinxeber.az xəbər saytı

Nazir: "Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib"


Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib.

"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, son 5 il ərzində aqrar ticarət artım dinamikası ilə inkişaf edib: "Burada önəmli və diqqət etməli olduğumuz məqam məhz aqrar emalla kənd təsərrüfatı xammal istehsalı arasındakı idxal və ixracdakı nisbətlərdir. Belə ki, ixracda bu iki sahə arasındakı nisbətdə kənd təsərrüfatı xammalı istehsalının 3–4 dəfə daha yüksək olduğunu, idxalda isə aqrar emal məhsullarının demək olar ki, iki dəfə üstünlük təşkil etdiyini görürük. Bu, bizə onu göstərir ki, ölkədə aqrar emalın artırılması qarşımızda duran əsas çağırışlardan biridir. Eyni zamanda, bu beş il ərzində kənd təsərrüfatı məhsullarının ixracında həm məhsul portfelinin, həm də ixrac coğrafiyasının artdığını və genişləndiyini görürük".

Nazir vurğulayıb ki, xurma ixracında Azərbaycan dünyada ikinci sıradadır: "2025-ci ildə isə ilk dəfə olaraq Azərbaycan şaftalı və nektarın ixracında dünyada doqquzuncu yerə yüksəlib. Bundan əlavə, çiyələk, albalı, pomidor, pambıq lifi kimi məhsullarda da Azərbaycan dünya ixrac siyahılarında ilk iyirmilikdə yer alıb. Bu dönəmdə əsas üç kateqoriya ixrac məhsullarımızı meyvə, pambıq və tərəvəz təşkil edir. Hər üçü əgər 2021-ci ildə toplam ixracın 87 %-ni təşkil edirdisə, 2025-ci ildə 75 %-ni təşkil edir və bu da onu göstərir ki, bizim məhsul portfelimiz genişlənir və digər məhsulların da ixracda payı artır".

Oxşar xəbərlər

Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda aqrar sektor 2 %-dən çox böyüyüb
Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Azərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər