Bakı–Tbilisi–Bakı qatarında çalışan əməkdaşlar üçün gömrük prosedurları üzrə təlim keçirilib
sizinxeber.az xəbər saytı

Bakı–Tbilisi–Bakı qatarında çalışan əməkdaşlar üçün gömrük prosedurları üzrə təlim keçirilib


Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Baki-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarında fəaliyyət göstərən əməkdaşları üçün gömrük prosedurlarına dair təlim keçirilib.

"Sizinxeber.az-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, təlim sərhədkeçmə zamanı tətbiq edilən gömrük prosedurları ilə bağlı biliklərin və praktik bacarıqların artırılması məqsədilə təşkil olunub.

Təlim zamanı iştirakçılara gömrük nəzarətinin məqsədi, mərhələləri və istiqamətləri, gömrük nəzarəti zamanı bələdçilərin davranış qaydaları, baqaj nəzarəti, qadağa və məhdudiyyətlər, risk indikatorları, “smart customs” mobil tətbiqi və digər məsələlərlə bağlı xüsusi təqdimat əsasında məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
FHN Bakı Türk Anadolu Liseyində təlim keçirib - VİDEO
FHN və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib - VİDEO
FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirib
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər