Baş katib: BMT Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı əməkdaşlığa hazırdır
BMT Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı Azərbaycanla əməkdaşlığa hazırdır.
Bunu “Sizinxeber.az”un ABŞ bürosuna müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, BMT istənilən yerdə, hər yerdə və hər hansı səbəbdən itkin düşmüş insanların tapılması üçün tamamilə hökumətlərin ixtiyarındadır:
"İnsanların itkin düşməsi, ailələrin əziyyət çəkməsi bizi narahat edir. Odur ki, biz əməkdaşlığa uyğun olaraq, hər hansı bir səbəbdən itkin düşən insanların tapılması və ya onların taleyinə aydınlıq gətirilməsi ilə əlaqəli olan bütün məsələlərdə əməkdaşlıq etməyə hazırıq".
BMT Baş katibi Ermənistanın Azərbaycanın azad olunmuş ərazilərini minalarla çirkləndirməsi məsələsinə də münasibət bildirib:
"Bununla bağlı işlərin aparıldığını da görürsünüz. BMT-nin İnkişaf Proqramı (UNDP) aktiv şəkildə Azərbaycan hökumətini dəstəkləyir. Artıq 350 min insan bölgəni minalardan təmizləmək üçün göstərilən birgə səydən faydalanıb. Minalar, əlbəttə ki, mövcud olmamalıdır. Biz ərazilərinin minalardan təmizlənməsi üçün Azərbaycan hökumətini var gücümüzlə dəstəkləyirik. Çünki ərazisindəki minaları zərərsizləşdirmək, həmin ərazilərin təmizlənməsi insanların öz köklərinin olduğu yerlərə qayıtması və hökumətin əhalinin rifahı naminə layihələrin reallaşdırılması üçün vacibdir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib
I Qarabağ müharibəsində qeydiyyatdan kənarda qalan itkin düşən şəxslərin ailələrinə müraciət edilib
Küveyt XİN rəsmisi: İtkin düşən insanlar tapılmalı, onların taleyi ilə bağlı ailələrə informasiya verilməlidir
Dmitro Lubinets: Ukraynadakı müharibəyə görə azərbaycanlılar da itkin düşüb
Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
