İsveçrə səfiri: İtkinlərlə bağlı problem davamlı sülhə mane olur
“İtkin düşmüş şəxslərlə bağlı məsələdə təcrübə bölüşülməlidir”.
Sizinxeber.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Stahli “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, bu məqsədlə dövlət və hərbi arxivlərin açılması üçün siyasi iradə formalaşdırmaq olar: “Biz bir-birimizin yanaşmamızdan əvəzolunmaz dərslər öyrənməliyik. Kütləvi məzarlıqların qazılması, ekskumasiyası kimi işlərdə bölüşülən təcrübə itkin düşmüş şəxslər üçün çox vacibdir. Birbaşa təsirə məruz qalan itkin düşənlərin ailələridir. Ailələrin səsləri bir-birilərinə çatmalıdır. Əmin olmalıdırlar ki, onların axtarış proseslərində iştirakı vacibdir".
Səfir qeyd edib ki, itkin düşənlər və onların ailələri üçün fəaliyyəti genişləndirməklə bağlı diplomatik əlaqələri artırmağa çalışmaq lazımdır: "İtkin düşmüş şəxslər probleminin həll edilməməsi davamlı sülh üçün böyük maneəyə çevrilir”.
Oxşar xəbərlər
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO
Prezident İlham Əliyev: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır
BQXK-nın Agentlik rəhbəri: İtkin düşən insanların taleyinə görə çox narahatıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
