BQXK-nın Agentlik rəhbəri: İtkin düşən insanların taleyinə görə çox narahatıq
“İtkin düşən insanların taleyi ilə bağlı biz çox narahatıq”.
APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyinin rəhbəri Florans Anselmo “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Bildirib ki, onların beynəlxalq birgə addımlara çox ehtiyacları var: “Bu tipli məsələlər konflikt tərəflərinin məsuliyyətidir. Ailələrə dəstək göstərilməlidir, eynilə psixoloji dəstək də olmalıdır. Onların yaşadıqları heç də asan deyil. Biz birlikdə bu məsələləri həll etməliyik, itkinləri ailələrinə təhvil verməliyik. BQXK olaraq mən bunu qeyd etməliyəm ki, konflikt tərəfləri arasında komnukasiya olmalıdır. Konflikt tərəfləri olan ölkələr də siyasi qərarlara, humanitar qaydalara əməl etməlidirlər. Düşünürəm ki, bir gün bu ailələrin narahatlığına son qoyulacaq. Azərbaycan dövlətinə bu məsələyə bu qədər diqqət ayırdığına görə təşəkkür etmək istəyirəm. Bizim Azərbaycanla işləyən qruplarımız var. Bu gün siyasi cəmiyyətlər də bu məsələyə öz töhfəsini verməlidir. Səylərimiz birgə fəaliyyət istiqamətində olmalıdır. Humanizm prinsiplərinə hörmət olunmalıdır”.
Oxşar xəbərlər
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Küveyt XİN rəsmisi: İtkin düşən insanlar tapılmalı, onların taleyi ilə bağlı ailələrə informasiya verilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstanın sabiq Baş naziri: İtkin düşmüş şəxslər məsələsinin gələcəkdə həll ediləcəyinə ümidvarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












