Ayxan Hacızadədən Almaniya XİN-ə cavab: "Dağlıq Qarabağ" adlı heç bir bölgə və ya qurum yoxdur
Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. "Dağlıq Qarabağ" adlı heç bir bölgə və ya qurum yoxdur.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında Almaniya XİN-ə cavabında bildirib.
A.Hacızadə qeyd edib ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb. Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub və Azərbaycan tərəfi onları bunu etməkdən çəkindirib".
“Bəli, indi sülh vaxtıdır və ümid edirəm ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazisinə olan iddialarından təkcə sözdə deyil, həm də əməldə əl çəkəcək”, - A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Almaniya XİN-in "X" səhifəsində yayılan paylaşımda deyilir ki, bir il əvvəl "Dağlıq Qarabağ" növbəti dəfə hərbi qarşıdurma səhnəsinə çevrildi. Minlərlə insan evlərini tərk edərək Ermənistana üz tutub. O vaxtdan bəri Ermənistan və Azərbaycan davamlı olaraq yanaşı yaşamaq üçün çalışıb və sülh danışıqlarına başlayıb.
Oxşar xəbərlər
Ayxan Hacızadə Almaniya XİN-ə cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan İrəvana cavab: Buna son qoyulmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN Ottavanın “Azərbaycanın suverenliyini hədəf alan” bəyanatını pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ayxan Hacızadə: Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












