XİN Ottavanın “Azərbaycanın suverenliyini hədəf alan” bəyanatını pisləyib
Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan” bəyanatını pisləyib.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib.
"Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabrın tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rədd edirik", – şərhdə vurğulanıb.
Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur":
"O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir".
Ayxan Hacızadənin sözlərinə görə, Jolinin "Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu" göstərir.
"Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar", – XİN-in mətbuat katibi bildirib.
Kanadalı diplomatın Qarabağdan olan "1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyini" xatırladan XİN rəsmisi "regionda humanitar böhranla bağlı iddiaların Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisi" olduğuna diqqət çəkib:
"Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur".
"Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil", – o əlavə edib.
Oxşar xəbərlər
XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə iddiaları separatizmin təşviqindən başqa bir şey deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəsmilərinin iddiaları separatizmin təşviqindən başqa bir şey deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan Fransaya cavab: Uzaq olun! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan Ararat Mirzoyana SƏRT CAVAB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı Qarabağdakı qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilməsinin şərtlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












