Azərbaycan və Meksikanın XİN başçıları bir sıra aktual məsələləri müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Meksikanın XİN başçıları bir sıra aktual məsələləri müzakirə ediblər


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Meksikanın xarici işlər naziri Alisiya Barsena ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında elm, səhiyyə, mədəniyyət, təhsil, idman və turizm sahələrində əlaqələrin inkişafı üçün mövcud imkanların araşdırılmasının zəruriliyi vurğulanıb.

Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycanın COP29-a sədrliyi barədə məlumat verib.

Oxşar xəbərlər

Meksikanın XİN başçısı Azərbaycanın COP29-a sədrliyi barədə məlumatlandırılıb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ceyhun Bayramov Lüksemburqun Baş nazirinin müavini ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər