Bakıda Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümü qeyd olunub
sizinxeber.az xəbər saytı

Bakıda Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümü qeyd olunub


Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunmasının 94-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

"Sizinxeber.az" xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış edib.

O bildirib ki, hazırda müxtəlif sahələrdə mühüm inkişaf var: “Biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq. İki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir”.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib
Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir
Prezident: Səudiyyə Ərəbistanı ilə əlaqələri genişləndirmək və möhkəmləndirmək əzmindəyik
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər