Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir
Azərbaycan COP29-a sədrliyi zamanı Səudiyyə Ərəbistanına birgə təşəbbüslər və tədbirlər həyata keçirməyi təklif edir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Biz Səudiyyə Ərəbistanına COP29 çərçivəsində Azərbaycana dəstək verdiyi üçün təşəkkür edirik. Ev sahibi ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizəyə öz töhfəsini verir və dünya ölkələrini bu mühüm tədbirə səfərbər etmək üçün səylər göstərir. Səudiyyə Ərəbistanının “yaşıl” enerjiyə keçidlə bağlı zəngin təcrübəsini nəzərə alaraq, Azərbaycanın COP29-a sədrliyi dövründə birgə təşəbbüslərin və fəaliyyətlərin həyata keçirilməsini təklif edirik”, - o deyib.
Nazir vurğulayıb ki, iki ölkə arasında iqlim dəyişikliyi ilə bağlı birgə səyləri müəyyən etmək üçün indiyədək keçirilmiş səmərəli görüşlər bu istiqamətdə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Öz növbəsində Səudiyyə Ərəbistanının ölkəmizdki səfiri İssam bin Saleh Əl-Cuteyli qeyd edib ki, Ər-Riyad Azərbaycanın bu ilin noyabrında keçiriləcək COP29 konfransının təşkilini uğurla həyata keçirəcəyindən əmindir.
Oxşar xəbərlər
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
