Prezident: Səudiyyə Ərəbistanı ilə əlaqələri genişləndirmək və möhkəmləndirmək əzmindəyik
Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik.
"Sizinxeber.az" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda bu ölkənin milli bayramı - Krallıq elan edilməsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda qeyd edilib ki, Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. “Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm”, - deyə Prezidenti İlham Əliyev bildirib.
Oxşar xəbərlər
Azərbaycan lideri Səudiyyə Ərəbistanının Kralını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı kralı: İranla münasibətləri inkişaf etdirməyə ümidvarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: "Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək əzmindədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












