Boneyradan olan fəal: Məktəb proqramlarımızın hamısı sıradan çıxarılıb
Boneyra adasında məktəblərdə yerli direktorlar və müəllimlər Niderlanddan olan direktor və müəllimlərlə əvəzlənirlər.
"Report" xəbər verir ki, bunu insan hüquqları fəalı Felipe Santiago Melaan Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.
O qeyd edib ki, bu təhsil alanlara və təhsil verənlərin hüquqlarının kobud şəkildə pozulmasının nümayişidir:
“Akademik potensialı olan gənclər müstəmləkəçi hökumətin dilində danışmağa məcbur olurlar. Bununla da qul təfəkkürünü insanlara aşılamaq istəyirlər. Çünki insanı öz dilindən məhrum edərək qula çevirmək olur”.
O qeyd edib ki, Boneyranın məktəb proqramlarının hamısı sıradan çıxarılıb.
“Əgər gənclərin baxışlarını dəyişmələrini istəmiriksə, biz bu haqqımızı geri almalı və mədəniyyətimizə, dilimizə hörmət göstərilməsini təmin etməliyik. Təhsil, mədəni, iqtisadi və siyasi cəhətdən inkaf etmək, nadir aidiyyət hissimizi qorumaq üçün səsimizi eşitdirməliyik", - o deyib.
Oxşar xəbərlər
İnsan hüquqları fəalı: Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib
İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir
Kayle Finis: Holland dili hökumətlə Boneyra xalqı arasında uçurumu genişləndirir
Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
BTQ müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara dəstək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
