İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir
sizinxeber.az xəbər saytı

İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir


Boneyra xalqı öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə arxalanır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Boneyra İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

“Boneyra zəngin mədəni irsə malik kiçik bir adadır. Lakin dünyanın bir çox cəmiyyətlər kimi biz də problemlərlə üzləşirik. Xalqımızın öz müqəddəratını təyin etmək, özünəməxsusluğunu qorumaq və inkişaf etməklə bağlı hüquqları bizim missiyamızın əsasını təşkil edir”, - o bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin səsləri onların mübarizəsindəki vəziyyəti xeyli dəyişə bilər: “Kiçik cəmiyyətlərin hüquqları böyük xalqların hüquqları qədər vacibdir”.

Oxşar xəbərlər

İnsan hüquqları fəalı: Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boneyradan olan fəal: Məktəb proqramlarımızın hamısı sıradan çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTQ müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara dəstək göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kayle Finis: Holland dili hökumətlə Boneyra xalqı arasında uçurumu genişləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər