İnsan hüquqları fəalı: Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib
Boneyra əhalisinin sayında bu gün kəskin azalma müşahidə olunur.
"Report" xəbər verir ki, bunu insan hüquqları fəalı, hüquq müdafiəçisi və "Pueblo Progresivo Uni"nin siyasi lideri Ceyms Fins (James Finies) Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.
"Heç kim bu xalqın mübarizəsi haqqında tam məlumatlı deyil. Bugünkü tədbir bizim müstəqillik mübarizəmizin nümayişidir. Boneyra adasında əhalinin sayı getdikcə azalır. Bu necə baş verir? İnsanlar təzyiqlərlə üzləşdikləri üçün ərazini tərk edirlər. İmmiqrasiya prosesi sayın azalmasına kəskin təsir edir.
Boneyra xalqının üzləşdiyi digər bir ana dilində danışmaqdan və uşaqların bu dildə təhsil almaqdan məhrum edilməsidir. Yerli xalq üçün öz dilində ünsiyyət çox önəmlidir. Ancaq Niderland hökuməti bütün bunları Boneyra xalqının əlindən almağa çalışır", - o qeyd edib.
Oxşar xəbərlər
Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Cun Sumer: Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər
Boneyra nümayəndələri müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı dünyaya müraciət edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
