Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2026
21:50
0
0
1 076
ff aaaaaaa

Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib

16 apr, 2026
21:50
1 076

Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Türker Arı ilə görüş keçirib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Gürcüstanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın dinamik gündəliyini və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Söhbət zamanı bölgədəki mövcud vəziyyətə də toxunulub, regionun inkişafı və uzunmüddətli rifahı üçün ilkin şərt kimi sülh və sabitliyin dəstəklənməsinin vacibliyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul