Orta Dəhlizlə daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır
sizinxeber.az xəbər saytı

Orta Dəhlizlə daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır


Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TMTM, Orta Dəhliz) üzrə daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu ​Özbəkistanın "O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda tədarük zəncirlərinin fasiləsizliyinin təmin edilməsi və nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi məqsədilə Çin–Avropa istiqamətində Mərkəzi Asiya və Qafqaz ölkələrinin ərazisindən keçən "CASCA+" və Orta Dəhliz çərçivəsində görülən işlər daha da aktuallaşıb: "Bununla yanaşı, Hörmüz boğazında yaranmış vəziyyət dəniz və quru nəqliyyatı marşrutları üzrə daşımaların yenidən istiqamətləndirilməsini sürətləndirir. Bu isə "CASCA+" və TMTM marşrutlarının üzərinə düşən yükün artmasına səbəb olur".

M. Mirxamodov bildirib ki, analitik məlumatlara əsasən, son üç ildə qlobal logistika zəncirləri 35 %-dən çox dəyişikliklərə məruz qalıb: "Nəticədə bəzi istiqamətlər üzrə yüklərin çatdırılma müddəti 20-40 % artıb. Məhz bu şəraitdə "CASCA+" nəqliyyat dəhlizi, yəni Orta Dəhliz Çinlə Mərkəzi Asiya arasında ən perspektivli marşrutlardan birinə çevrilir. Hazırda bu dəhliz vasitəsilə ildə təxminən 5 min konteyner səviyyəsində sabit daşıma axını təmin olunur. Cari ildə isə daşımaların həcminin 6,5-7 min konteynerə çatdırılması planlaşdırılır".

Oxşar xəbərlər

Mirziyod Mirxamidov: "Özbəkistan yeni nəqliyyat dəhlizinin inkişafına tam dəstək verəcək"
“KTZ Express” və “Yixinou” Orta Dəhlizlə daşımaların həcmini artırmaq niyyətindədir
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Qazaxıstan və Çin 2030-cu ilədək Orta Dəhlizlə yükdaşımaların proqnozlaşdırılan həcmini razılaşdırıb
Nazir: “Orta Dəhlizin dəmir yolu ilə illik 75 milyard dollarlıq ticarət dövriyyəsi potensialı var”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər