Azərbaycanla Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlıq müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
in
2026
18:00
0
0
1 283
ff aaaaaaa

Azərbaycanla Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

01 in, 2026
18:00
1 283

Azərbaycanla Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 1-də Türkiyənin İstanbul 29 Mayıs Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Təyyar Altıkulac ilə görüşüb.

Bu barədə "Sizinxeber.az"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlıq, mütəxəssis hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ramin Məmmədov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. O, dini-mənəvi dəyərlərin qorunması, din sahəsində maarifləndirmə işinin gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələlərində təcrübə mübadiləsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təyyar Altıkulac İstanbul 29 Mayıs Universitetinin fəaliyyəti, həyata keçirilən təhsil proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib. O, rəhbərlik etdiyi universitetin Azərbaycan ilə elmi və akademik əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə dini təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul