"Mercedes" Berlindəki bütün avtosalonlarını satdı
sizinxeber.az xəbər saytı

"Mercedes" Berlindəki bütün avtosalonlarını satdı


Almaniyanın "Mersedes-Benz" şirkəti Berlindəki bütün salonlarını "Alpha Auto Group"un rəhbəri kanadalı sahibkar Kuldip Billana satıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlmat yayıb.

Məlumata əsasən, söhbət Almaniyanın paytaxtında təxminən 1500 əməkdaşı olan yeddi filialdan gedir. Eyni zamanda, nəşrin məlumatına görə, “Mersedes-Benz” digər şəhərlərdə - Hamburq, Münhen, eləcə də Reyn-Rur bölgəsində avtomobil salonlarını satmağı planlaşdırır ki, bu da ümumilikdə 8000 iş yerini təhlükə altına qoya bilər.

Berlindəki mağazalardakı işçilər müqavilə barədə elektron poçt vasitəsilə bildiriş alıblar. Onlara pul kompensasiyası və ya cəmi bir illik iş zəmanəti arasında seçim təklif edildi. Bundan sonra onların mövcud müqavilələri ləğv edilməli və yeniləri imzalanmalıdır.

Oxşar xəbərlər

"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
İsrailin Berlindəki səfirliyində terror aktının qarşısını alınıb
Almaniya İranın ölkədəki baş konsulluqlarını bağlayıb
Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər