Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir
Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirilir.
“Sizinxeber.az” Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib.
İştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, ilin sonunadək parlamentlərarası forum, müdafiə, ticarət və nəqliyyat nazirlərinin görüşləri, həmçinin mədəni-humanitar tədbirlər gözlənilir.
Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət sahəsində, o cümlədən su ehtiyatları, enerji və iqlim məsələlərində yeni təşəbbüslər təklif etməyə hazırdır.
Qeyd edək ki, tədbirdə, həmçinin Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək
İlham Əliyev: "Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır"
Mərkəzi Asiya ölkələrinin liderləri Astanada səfərdədir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
