Özbəkistan XİN: Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü olmalıdır
Özbəkistan Əfqanistanla logistika və enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyi hədəfləyir.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov Kabulda Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Həsən Axundla görüşündə bildirib.
"Özbəkistan infrastruktur, logistika, enerji və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə hazırdır. Hesab edirik ki, Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü rolunu oynamalıdır", - B.Saidov qeyd edib.
Tərəflər, həmçinin ticarətin genişləndirilməsi, humanitar əməkdaşlıq və iyulun 17-də imzalanmış "Özbəkistan-Əfqanıstan-Pakistan" Trans-Əfqan dəmir yolu xəttinin tikintisi haqqında Çərçivə Sazişi də daxil olmaqla əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
B.Saidov qeyd edib ki, bu strateji əhəmiyyətli dəhliz ticarətin genişləndirilməsi, Əfqanıstanın iqtisadi dirçəlişinin dəstəklənməsi və cənub limanları vasitəsilə dünya bazarlarına çıxış üçün yeni imkanlar açacaq.
Oxşar xəbərlər
Kabildə Özbəkistan, Əfqanıstan və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşü keçirilib
Baxtiyor Saidov: Trans-Əfqanıstan dəmir yolu qlobal tədarük zəncirinin bir parçası olacaq
Trans-Əfqan dəmir yolunun TİƏ-sinin hazırlanmasına dair saziş imzalanacaq
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika üzrə əməkdaşlığı müzakirə ediblər
Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












