Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Aİ Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanatda bildiriblər.
Vurğulanır ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə bu sənədi imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.
“İndi Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində nizamlı və davamlı irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacibdir.
Sədr Koşta və sədr fon der Lyayen Azərbaycan və Ermənistan liderlərinin son bir neçə ildə ikitərəfli yolda, o cümlədən Brüsseldə apardıqları əvvəlki müzakirələrin davamında atdıqları qətiyyətli addımlardan həqiqətən ruhlandılar.
Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir və regional əlaqələrə və hər şeydən əvvəl əhalinin xeyrinə tam açıqlığa sərmayə qoymağa və regionu davamlı sülh, sabitlik və firavanlığa yaxınlaşdırmağa hazırdır”, - bəyanatda deyilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Oxşar xəbərlər
Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir
Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başlayıb
Kallas: Bakı-İrəvan münasibətlərinin normallaşması regionda davamlı sülhə yol aça bilər
Mirzoyan Kallasa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib
Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











