Mirzoyan Kallasa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib
sizinxeber.az xəbər saytı

Mirzoyan Kallasa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib


Cənubi Qafqazın Avropa, Mərkəzi və Şərqi Asiya arasında strateji körpü rolu əsas olaraq qalır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında bildirib.

"Cənubi Qafqazda təhlükəsizlik sahəsində mövcud vəziyyət kontekstində Kaya Kallasa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dair son müzakirələr barədə məlumat verdim. Hesab edirik ki, bu proses ölkələrimiz arasında dövlətlərarası münasibətlərin qurulması və davamlı sülh haqqında sazişin tezliklə imzalanmasına gətirib çıxarmalıdır", - o vurğulayıb.

A.Mirzoyan, həmçinin qeyd edib ki, Ermənistan əvvəlki kimi dialoqu konstruktiv şəkildə irəlilətməyə və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində bütün zəruri prosedurları tamamlamağa hazırdır.

"Ermənistan sülh sazişinin imzalanma yeri və tarixini müəyyən etmək üçün Azərbaycanla müzakirələrə başlamağa hazırdır", - o əlavə edib.

Oxşar xəbərlər

Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar
Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişini müzakirə ediblər
Kallas: Bakı-İrəvan münasibətlərinin normallaşması regionda davamlı sülhə yol aça bilər
Mirzoyan Aİ nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesindən danışıb
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər