Kallas: Bakı-İrəvan münasibətlərinin normallaşması regionda davamlı sülhə yol aça bilər
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda davamlı sülhə yol aça bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Aİ Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişi yüksək qiymətləndirir.
"Bu gün biz nazir Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərini də müzakirə etdik. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləməyə davam edir. Bu üç prinsipə alternativ yoxdur. Biz ikitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır, çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər", - K.Kallas qeyd edib.
Oxşar xəbərlər
Kaya Kallas Ermənistan prezidenti ilə Bakı ilə İrəvan arasında normallaşmanı müzakirə edib
Kaya Kallas Mirzoyanla görüşüb
Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
