Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib
Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir.
"Report" xəbər verir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün Türk dünyasının bir hissəsi olan Şimali Kiprin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərilməsini daha zəruri edir:
"Şimali Kiprin Türk dünyası arasında oynadığı rol mühüm elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu kontekstdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".
Oxşar xəbərlər
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğız deputat: Türk dövlətləri arasında təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ersin Tatar türk dövlətlərinə Şimali Kiprdə səfirlik açmaları ilə bağlı çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ersin Tatar: Azərbaycan hər zaman Şimali Kiprin yanında olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinin tam hüquqlu üzvü olmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













