Qırğız deputat: Türk dövlətləri arasında təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir
Türk dövlətləri arasında təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qırğızıstan Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Süleymanov Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
Onun sözlərinə görə, türk dövlətləri təkcə mədəniyyət və dil baxımından deyil, təhlükəsizlik və sülh üçün də birliyə çalışır:
"Ölkələr arasındakı təhlükəsizlik istiqamətində fəaliyyətə, bu sahədə əməkdaşlıq dialoqlarina gənclərin qoşulması vacibdir. Parlament diplomatiyası türk dövlətləri arasında əməkdaşlığı gücləndirmək üçün real vasitədir. Xüsusilə təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir. Məsələn, Qırğızıstan 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün müraciət edib və bu istiqamətdə işlər görür".
Oxşar xəbərlər
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhliman Əmiraslanov: Azərbaycanla türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi regionun inkişafına töhfə verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin komitə sədri: Ermənistan sülh müqaviləsini imzalamaq üçün masaya oturmaq istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dövlətləri Təşkilatının Milli Təhlükəsizlik Şurasının sədrləri Türküstanda toplaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay: Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması çox vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












