Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
sizinxeber.az xəbər saytı

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib


Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında məsələ müzakirə olunub.

Yaz sessiyasının qanunvericilik işləri planına Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "2024-cü il dövlət büdcəsinin icrası haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi" haqqında qanun layihələri daxil edilib.

Həmin müddətdə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanması da nəzərdə tutulur.

Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin yaz sessiyasının iş planı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinin payız sessiyası başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər