Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib
Sentyabrın 30-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclası açıq elan edib, Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi, Ali Məclisin İntizam komissiyasının yaradılması məsələləri daxil edilib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Ali Məclisin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur. Daxili Nizamnaməyə əsasən, növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və Ali Məclisin iclasları bu plana uyğun keçirilməlidir.
Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
İclasda növbəti məsələ - Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə əlaqədar komitələrin təklif olunan tərkibi oxunub, qərar səsə qoyularaq qəbul edilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov gündəlikdə duran sonuncu məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında olduğunu bildirib.
Komissiyanın təklif olunan tərkibi oxunub, qərar səsə qoyularaq qəbul edilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası başa çatıb.
Oxşar xəbərlər
Naxçıvan Ali Məclisinin ilk iclası keçirilib, sədrliyə təklif olunan namizəd dəstəklənməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinin payız sessiyası başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisi sədrinin müavinləri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












