MM yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların adlarının dəyişdirilməsini birinci oxunuşda təsdiqləyib
sizinxeber.az xəbər saytı

MM yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların adlarının dəyişdirilməsini birinci oxunuşda təsdiqləyib


Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilir.

"Report" xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklfi edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.

Eyni zamanda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Oxşar xəbərlər

Deputat: İki komissiya üzvü ilə yetkinlik yaşına çatmayanların problemlərini həll etmək çətindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar təhsil müəssisələrində monitorinq aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyalarda sosial pedaqoqların təmsil olunması təklif edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların səlahiyyətlərinin artırılması təklif olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların təşkili və fəaliyyətinə dair dəyişiklik birinci oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər