BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib
sizinxeber.az xəbər saytı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib


2024-cü il sentyabrın 4-də Bakı şəhərində və 2024-cü il sentyabrın 9-da Bonn şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər

Parlament COP-la bağlı konvensiya və sazişləri təsdiqləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident PA rəhbərinə daha bir vəzifə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər