Azərbaycanla Pakistan arasında hüquq və ədliyyə sahəsində Əməkdaşlıq Memorandumu təsdiqlənib
sizinxeber.az xəbər saytı

Azərbaycanla Pakistan arasında hüquq və ədliyyə sahəsində Əməkdaşlıq Memorandumu təsdiqlənib


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmana əsasən, 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər

İlham Əliyev Pakistanın Hüquq və Ədliyyə Nazirliyi ilə Əməkdaşlıq Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Pakistanla informasiya texnologiyaları sahəsindəki memorandumu təsdiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanla informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Fərman imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Pakistanla mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər