Prezident: Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun
sizinxeber.az xəbər saytı

Prezident: Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun


Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirədə bildirilib.

"Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun", - Azərbaycan Prezidenti deyib.

Oxşar xəbərlər

Azərbaycan həkimlərindən ibarət briqada Aktau şəhərinə ezam olunacaq
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gedib
Azərbaycan XİN: Təyyarə qəzasının səbəbləri araşdırılır, təcili operativ tədbirlər görülür
Putin MDB sammitində Aktaudakı təyyarə qəzasından danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər