Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib


Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Paylaşımda Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərinə yer verilib.

Bildirilib ki, 28 may 1918-ci ildə yüksələn müstəqillik ruhu bu gün Türkiyə və Azərbaycanın qəlbində yaşayır.

“Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır və qəhrəman qazilərimizə təşəkkürümüzü bildiririk”, - paylaşımda deyilir.

Oxşar xəbərlər

Aİ Nümayəndəliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Səfirlik: Türkiyə Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcək
Ərdoğan 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
İsrail səfirliyi: Azərbaycana davamlı rifah, güc və firavanlıq arzulayırıq
Türkiyə MN: Yüksələn istiqlal ruhu bu gün də Türkiyə və Azərbaycanın qəlbində yaşayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər