Moldova səfirinin oğlu Şuşada "Şən Azərbaycan" mahnısını ifa edib
sizinxeber.az xəbər saytı

Moldova səfirinin oğlu Şuşada "Şən Azərbaycan" mahnısını ifa edib


Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun məşhur "Şən Azərbaycan" mahnısını ifa edib.

"Report" xəbər veirir ki, müvafiq paylaşımı Moldova səfiri "Facebook" sosial şəbəkəsində yerləşdirib.

İstedadlı gənc mahnını Şuşa qalasının fonunda Azərbaycan və rus dillərində ifa edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm! Oğlum bu mahnı ilə Azərbaycana olan hörmət və sevgisini ifadə edir", - diplomat videoya şərhində yazıb.

Qeyd edək ki, Slava Esaulenko Azərbaycan cəmiyyətinin mədəni həyatında fəal iştirak edir.

O, Bakı şəhərinin 20 nömrəli orta məktəbinin şagirdidir, eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava dəfələrlə müxtəlif mədəni tədbirlərdə çıxış edib və tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Oxşar xəbərlər

Moldova səfiri: Azərbaycan regionda ərazi bütövlüyünü bərpa etmiş yeganə ölkədir
İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı təbrik edib
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Monteneqro, Serbiya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Moldova XİN: Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər