Bəqai: ABŞ-ın atəşkəsi pozmasını qınayırıq, İranın özünü müdafiə etmək hüququ var
sizinxeber.az xəbər saytı

Bəqai: ABŞ-ın atəşkəsi pozmasını qınayırıq, İranın özünü müdafiə etmək hüququ var


İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ hərbi qüvvələrinin Bəndər-Abbasdakı bəzi ərazilərə hücum edərək, atəşkəsi pozmasını qınayıb.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, “İranın ərazi bütövlüyü və milli suverenliyinə qarşı yönələn bu təcavüzkar addımlar beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır”.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası ABŞ-ın hərəkətlərinə cavab olaraq, öz qanuni öhdəliyini yerinə yetirməlidir.

İran XİN sözçüsü ABŞ tərəfindən 8 aprel tarixində elan olunmuş atəşkəsin davamlı şəkildə pozulmasına, xüsusilə də Fars körfəzində və açıq sularda gəmiçiliyinə, eləcə də son bir neçə gündə İranın cənub bölgələrinə qarşı hava hücumlarına diqqət çəkərək, İran İslam Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün müdafiəsi üçün bütün zəruri tədbirləri görməkdə qətiyyətli olduğunu vurğulayıb.

Bəqai ABŞ Prezidenti Trampın Omana qarşı hədələyici bəyanatını pisləyib və həmrəyliyini ifadə edib.

Oxşar xəbərlər

İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
Hizbullah Livanda İsrailə qarşı aksiyaya çağırış edib
İran XİN başçısı: ABŞ-ın hücumu İranın suverenliyi və ərazi bütövlüyünə yönəlib
İranın Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb
BMT TŞ-nin reaksiya verməməsi səbəbilə İran İsrailə cavab vermək məcburiyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər