Ali Radanın deputatı: Azərbaycanın dostluğunu çox yüksək qiymətləndiririk
Ukrayna və Azərbaycanı, iki xalqı artıq əsrlər boyu olan dostluq və münasibətlər bağlayır, o cümlədən ən yeni tariximizdə də çox ortaq cəhətlər var.
Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə açıqlamasında deyib.
O bəyan edib ki, Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:
"Azərbaycanın işğal olunmuş əraziləri var idi, bu gün isə bizdə var. Bilirik ki, Azərbaycan bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Ümumiyyətlə, mən hesab edirəm ki, ölkələrimiz strateji əhəmiyyətlidir".
O. Qonçarenko vurğulayıb ki, Azərbaycan və Ukrayna enerji, aqrar potensial, nəqliyyat, mühüm region olan Qara dəniz baxımından bir-birini çox yaxşı tamamlayır.
"Biz Azərbaycanın dostluğunu və dəstəyini çox yüksək qiymətləndiririk. Biz çox ümid edirik ki, strateji tərəfdaşlığımız yalnız möhkəm olacaq" - deyə, o, əlavə edib.
Oxşar xəbərlər
Ali Radanın deputatı: Yekaterinburqda baş verənlər Rusiyanın ksenofob imperiya olduğunun növbəti sübutudur
Nazir müavini: Azərbaycanın azad edilmiş ərazilərinin bərpası Ukrayna üçün gələcəkdə örnək ola bilər
Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır
Ukraynalı deputat: Alyaska görüşü bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Ukrayna nümayəndə heyəti Türkiyədədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
