Qarabağ Universitetinin tələbəsi: Gözlədiyimizdən də mükəmməl şərait yaradılıb
“Dünən Prezident İlham Əliyev Universitetimizin açılışında iştirak etdi. Cənab Prezidentlə görüşdə mən də iştirak edirdim. Bu görüş həm həyəcanlı idi, həm də məndə məsuliyyət hissi yaratdı. Prezident Qarabağ Universitetindən gözləntilərini bizimlə bölüşdü. İnanırıq ki, Qarabağ Universiteti nəinki Azərbaycanın, eləcə də dünyanın ən öndə gedən təhsil müəssisələrindən biri olacaq”.
APA xəbər verir ki, bunu Qarabağ Universitetinin tələbəsi Fənarə Məmmədzadə deyib. O, Universitetin ilk tələbələrindən olduğu üçün fəxr hissi duyduğunu, həmçinin bu tarixin onun həyatında sözün yaxşı mənasında silinməz izlər buraxacağına şübhə etmədiyini bildirib:
"Qarabağ Universitetinin ilk tələbələrindənəm, maliyyə ixtisası üzrə təhsil alacam. Həm Universitetlə, həm də yataqxana ilə tanış olduq. Şərait çox gözəldir. Gözlədiyimizdən də mükəmməl şərait yaradılıb. Qarabağ Universitetinin ilk tələbəsi olmaqdan böyük sevinc və qürur hissi keçirirəm".
Oxşar xəbərlər
Tələbə: Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi Prezidentlə görüşmək böyük sevinc hissi yaratdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fauf Penciyev: Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Qarabağ Universitetinin açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ Universitetinin Rektoru: Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ Universitetinin tələbə yataqxanasından - GÖRÜNTÜLƏR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













