Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
13:50

Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

04 mar, 2025
13:50
717

Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda dəyirmi masa keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alim Bayel, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev və 40-dan çox rektor iştirak edib.

Çıxışçılar Azərbaycanla Qazaxıstan arasında akademik əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi məsələləri haqqında danışıblar.

Çıxışlardan sonra Qazaxıstan universitetləri ilə Azərbaycan universitetləri arasında memorandumlar imzalanıb.

Bizimlə əlaqə saxlayın