Levon Mnatsakanyan məhkəmədə Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.
"Report" xəbər verir ki, L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.
Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib: “Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində becərilən taxılın Ermənistana göndərildiyini etiraf edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmədə Şuşanın işğalı zamanı Mnatsakanyanın da iştirakını əks etdirən videomaterial nümayiş olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində Ermənistan vətəndaşları olan zabitlərin say üstünlüyünü etiraf edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












